Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:15

Neft ucuzlaşdığına görə 500 işçi ixtisar təhlükəsi ilə üzləşib


Foto: Arxiv
Foto: Arxiv

-

«Karasu Development Company»də işçilər ixtisar olunur.

Bu barədə apa-ya şirkətin hüquq departamentinin rəhbəri Anar Qurbanov məlumat verib. O bildirib ki, aparılan ixtisarlar dünya bazarlarında neftin kəskin ucuzlaşması ilə əlaqədardır:

«Bildiyiniz kimi, dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb. Bununla əlaqədar, şirkət optimallaşdırma siyasəti aparır. Müvafiq ştat strukturlarında dəyişikliklər aparılır».

Şirkət rəsmisi ixtisarların neçə işçiyə şamil olunması və kompensasiya verilib-verilməməsi məsələsinə aydınlıq gətirməyib.

«Karasu Development Company»nin təxminən 500 işçisi var.

«İŞSİZLİYİN ARTMASINA CİDDİ TƏSİR GÖSTƏRƏCƏK»

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, hazırda hasilat sənayesində kütləvi ixtisarlar gedir, amma əksər şirkətlər bu prosesi şəffaf aparmır:

«Şirkətlərin böyük əksəriyyəti ixtisarlarla bağlı rəsmi açıqlama vermir. Bizdə olan məlumata görə, «Karasu Development Company»nin də daxil olduğu «Global Energy Azerbaijan Group»u ötən ay 100 nəfər işçisini öz hesablarına məzuniyyətə göndərib».

Mirvari Qəhrəmanlı deyir ki, bu sahədə çalışanların digər sahələrdə iş tapa bilmə ehtimalı çox azdır, ona görə də, hazırda gedən proseslər ölkədə işsizlərin sayının artmasına ciddi təsir göstərəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG