İordaniya xəbər verir ki, son üç gündə İslam Dövləti təşkilatınlın istehkam və təlim düşərgələrinə 56 raket zərbəsi endirib.
“Biz qarşımızda qoyduğumuz məqsədə çatmışıq” – deyib İordaniya Hərbi Hava Qüvvələrinin komandanı general Mansour al-Jbour.
İordaniya onun pilotlarından biri – Suriyada İD əsirliyində diri-diri yandırılmış Moaz al-Kasasbeh-in edamından dərhal sonra qisas reydlərinə başlayıb.
İordaniya ABŞ-ın rəhbərliyi altında koalisiyanın İD üzərinə raket zərbələrinin 20 faizini icra edib.
“Biz onları yer üzündən silməyə hazırlaşırıq” – deyib generakl Jbour.
İordaniya Hərbi hava Qüvvələrinin zərbələri əsasən Suriyada İD-in paytaxtı sayılan Raqqa şəhəri üzərində cəmləşib, lakin konkret hədəflərin yeri açıqlanmayıb.
Ötən həftə İD guya İordaniyanın hava zərbələrində amerikalı humanitar yardım işçisi Kayla Mueller-in həlak olduğunu iddia etmişdi.