Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:15

Bu rəsmə $300 milyon saydılar [Rekord]


Paul Gauguin. Nə vaxt ərə gedəcəksən?
Paul Gauguin. Nə vaxt ərə gedəcəksən?

Fransız rəssamı Paul Gauguin-in məşhur rəsm əsəri 300 milyon dollara satıldı.

Bu, indiyəcən bir rəsm əsərinə verilmiş ən böyük məbləğdir.

İki Taitili qızı əks etdirən rəsmi isveçrəli kolleksiyaçı Rudolf Staechelin özəl olaraq satışa çıxarmışdı.

“Nə vaxt ərə gedəcəksən” adlanan rəsm əsəri 1892-ci ildə çəkilib.

Staechelin alıcının kimliyini açıqlamayıb, amma güman edilir ki, bu, Qətərin dövlət muzeyləridir.

Qətər 3 il qabaq $259 milyona Paul Cezanne-ın “Kart oynayanlar” əsərini də almışdı.

Qogenin “Nə vaxt ərə gedəcəksən” əsəri 60 il idi ki, icarə əsasında Bazel muzeyində sərgilənirdi.

Amma muzeylə münasibətləri pozulan kolleksiyaçı ona məxsus bütün rəsmləri oradan çıxarmışdı.

Staechelin deyib ki, rəsmi ailəsinin maddi vəziyyətini düzəltmək üçün satıb.

Ailənin qazancı əsasən, ona babasından miras qalan 20-dən çox məşhur rəsm əsərindən gəlir.

Qogen rəsmi Sakit okeandakı Polineziya adalarınasəfəri zamanı çəkib -“Avropadakı sünilik və rutindən qaçan”dan sonra…

"Telegraph"a istinadla OxuZalı

Paul Gauguin
Paul Gauguin

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG