Çexiyada saxta spirtli içkilər hazırlamaqda ittiham edilən iki şəxs ömürlük həbs cəzasına məhkum edilib.
Rudolf Fian və Tomash Krjepela 10 min litr spirtli məhlul hazırlayıb bazara çıxarıblar. Həmin məhlulda etanol əvəzinə insan həyatı üçün təhlükəli metanol istifadə edilib.
2012-ci ildə həmin məhluldan 38 nəfər ölmüşdü.