Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

Hər küçəyə bir polis və ya qədim Roma üsulu


Yol Polisi
Yol Polisi

-

Bakının hər küçə və prospektlərinə yol polisi təhkim olunub.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, avtomobillərin dayanma, durma, parklanma qayda pozuntusunun qarşısının alınması üçün onlar belə bir addım atmağa məcbur qalıblar.

Vaqif Əsədov cərimə ilə bu qayda pozuntusunun qarşısını ala bilmədiklərini söyləyir: «Artıq siyahı hazırdır. Konkret olaraq hər kəs müəyyən küçə və prospektlərə təhkim edilib və dislokasiya üzrə xidmət aparılır».

Hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu qərar ona qədim Romanı xatırladıb:

«O vaxt yol-hərəkət haqqında qaydalar yox idi, bir məmurun əlinə zopa verib deyirdilər ki, filan yerə araba buraxma. 2200 ildən sonra da zopa iləmi hərəkət edirik?».

«HEÇ KİMİN BAŞI XARAB OLMAYIB Kİ...»

Ərşad Hüseynov yol hərəkətini «Yol hərəkəti haqqında» qanunun tənzimlədiyini xatırladır:

«Heç kimin başı xarab olmayıb ki, eyni xətaya görə dəfələrlə cərimə ödəsin. Demək ki, dayanma, durma, parklama qaydalarını pozanlar cərimə edilmirlər. Üstəlik, müasir dünya sözlərlə, simvollarla, elektron hökumətlərlə idarə olunduğu halda, küçəyə polis təhkim etmək nəyi dəyişəcək? Birincisi, Yol Polisi 24 saat orda dayanmayacaq. Yeməyə, çay içməyə gedəcək, ya da hər zaman eyni ərazidə maşın saxlayan sürücülərə üz-göz öyrəşəcək. Zopa ilə nəyə isə nail olmaq mümkün deyil, adamların təfəkkürünə təsir etmək lazımdır».

Hüquqşünasın fikrincə, küçə və prospektlərə yol polisi təhkim etməklə tıxacların qarşısı alınmayacaq və bu qərarın effekti uzağı 2 ay çəkəcək.

XS
SM
MD
LG