Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:41

Əfv hüquq müdafiəçilərini razı salmadı


1995-ci ilin mayından bu yana 6000-ə yaxın məhbus azadlığa buraxılıb
1995-ci ilin mayından bu yana 6000-ə yaxın məhbus azadlığa buraxılıb

Prezident İlham Əliyevin bu il verdiyi ikinci əfv fərmanına hüquq müdafiəçiləri birmənalı yanaşmırlar, bu əfvin də siyasi məhbus problemini birdəfəlik həll edə bilmədiyini deyirlər.


Hüquq müdafiəçiləri xüsusilə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunmuş «Yeni Fikir» Gənclər Təşkilatı üzvlərinin və «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun əfv olunmamasından narazıdırlar.



«Əfv üçün həmin şəxsin özü prezidentə müraciət etməlidir. Bu müraciət olmadan biz kimisi əfv siyahısına sala bilmərik. Olub ki, kimisi siyahıya salmışıq, ancaq deyib ki, mən əfv olunmaq istəmirəm»
Demokratiyanın İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Fondunun həmsədri Murad Sadəddinov:

«Keyfiyyətcə, bu əfv siyasi məhbus problemini həll etmədi. Bir-iki jurnalistdən başqa, adları siyasi məhbus siyahılarında olan yüzlərlə adam əfvdən kənarda qaldı. Bu baxımdan, əfvi mənfi qiymətləndirirəm».


Murad Sadəddinovun fikrincə, hökumət həmin siyasi məhbusların həbsdə saxlanmasında maraqlıdır.


Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova isə deyir ki, ölkədə siyasi məhbus olması fikrini qəbul etmir, çünki siyasi məhbus adlandırılan şəxslər konkret cinayətlər törədiblər. Millət vəkili əfvin ancaq şəxsi müraciət əsasında reallaşdığını bildirir:


«Əfv üçün həmin şəxsin özü prezidentə müraciət etməlidir. Bu müraciət olmadan biz kimisi əfv siyahısına sala bilmərik. Olub ki, kimisi siyahıya salmışıq, ancaq deyib ki, mən əfv olunmaq istəmirəm. «Yeni Fikir»dən də bizə müraciət daxil olmayıb».


Elmira Axundova deyir ki, Əfv Komissiyasının nizamnaməsinə əsasən, əfv olunmaq üçün məhkum cəzasının yarısını çəkmiş olmalıdır.


Prezident yanında Əfv Komissiyası 1995-ci ilin mayında yaradılıb. O vaxtdan 41 əfv fərmanı verilib və altı minə yaxın adam azadlığa buraxılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG