Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:29

Dünya bankı dövləti qeyri-neft sektoruna pul qoymamağa çağırıb


Foto arxiv
Foto arxiv

«Azərbaycan sahibkarlığın inkişafı üçün yeni əlverişli varinatlar tapmalıdır».

Bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leshchenko bildirib.

Onun sözlərinə görə, ekspertlər sahibkarlığın inkişafı üçün öz variantlarını təklif edirlər.

Gələcəkdə sektorun davamlı inkişafını təmin etmək üçün biznesə əngəl olan maneələri sürətlə aradan qaldırmaq lazımdır.

Menecer hesab edir ki, son 4-5 ildə qeyri-neft sektoru əsasən dövlət investisiyalarının hesabına inkişaf edir. Amma bu işə mümkün qədər daha çox özəl sərmayəçiləri cəlb etmək lazımdır.

XS
SM
MD
LG