Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:58

Yadigar Sadıqov müalicə müəssisəsinə yerləşdirilib


Yadigar Sadıqov məhkəmə zamanı
Yadigar Sadıqov məhkəmə zamanı

.

«2012-ci il idi. Dostları ilə çayxanada oturduğu yerdə burnundan qan açıldı. Heç cür dayanmırdı. Həkimdə dedilər ki, problem ürəyi ilə bağlıdır, damarında tutulma var».

Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun anası Gövhər Sadıqova oğlunun xəstəliyindən danışır. Deyir ki, elə 2012-ci ildən biliblər ki, oğlu ürək-damar problemlərindən əziyyət çəkir. O vaxtdan bəri Yadigar Sadıqov müalicə alır:

«Azadlıqda olanda da müalicə alırdı. Həbsə düşən də də alırdı. Biz dərmanlarını həbsxanaya göndərirdik. Ötən həftə onunla danışanda dedi ki, həkimlər onu müayinə edib. Hər zaman istifadə etdiyi dərmanları dəyişiblər. Yeni dərmanlar yazıblar. Özünü də müalicə müəssisəsinə təyin ediblər».

Gövhər Sadıqova deyir ki, fevralın 1-də Yadigar Sadıqov zəng edib və Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirildiyini xəbər verib:

«Dünən zəng elədi, danışdıq. Dedi ki, yanvarın 30-da müalicə müəssisəsinə yerləşdirilib. 10 nəfərlik palatadadır. Burda yerlilərim də var. Dedi vəziyyəti yaxşıdır. Fevralın 2-də müainədən keçməlidir. İndi bilmirəm keçibmi? Nəticələr nə olub?»

Yadiğar Sadıqovun hüquqlarını müdafiəsi komitəsinin sədri Elman Fəttah AzadlıqRadiosuna bildirib ki, fevralın 1-də telefon əlaqəsi saxlayıblar. Sadıqov səhhətində ciddi ağırlaşmanın olmadığını deyib.

Onun sağlamlığından narahatıq...

«O, daim dərman qəbul edir. Həbsdə olduğu müddətdə biz bu dərmanları ona çatdırırıq. Onun sağlamlığından narahatıq. Penitensiar Xidmət də məsələdən məlumatlıdır. Bu gün müayiə olunmalıdır. Əgər müayinələr nəticəsində Yadigar Sadiqovun səhhətində ağırlaşmaların olduğu üzə çıxarsa, müdafiə komitəsi hüquqi müstəvidə lazımi addımlar atmaq niyyətindədir».

Penitensiar Xidmət AzadlıqRadiosunun Yadiga Sadıqovun durumu ilə bağlı sorğusuna hələlik cavab verməyib.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. O, xuliqanlıqda ittiham olunaraq Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirib. Bundan sonra Y. Sadıqov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə şikayətə baxaraq onun cəzasını 4 ildən 3 il 6 aya endirib.

Yadigar Sadıqov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Yadigar Sadıqovu «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG