Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:36

Yadigar Sadıqovun cəzası 6 ay azaldıldı


Yadigar Sadıqov
Yadigar Sadıqov

-

Yanvarın 12-də Ali Məhkəmə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun şikayətinə baxıb. Bu haqda AzadlıqRadiosuna partiya başqanının digər müavini Elman Fəttah məlumat verib. Onun bildirdiyinə görə, məhkəmə Yadigar Sadıqovun həbs cəzasının 4 ildən 3 il 6 aya endirib:

«Yadigar Sadıqov silah qismində əşya ilə xuliqanlıq törətmək (221.3) və bədənə az ağır xəsarət yetirmə (127) maddələrinin hər biri üzrə 3 il, yəni toplam 6 il azadlıqdan məhrum edilmişdi. 2013-cü ilin iyununda apelyasiya məhkəməsi 6 ili 4-ə endirmişdi. Ali məhkəmə də 221.3 maddəsini adi xuliqanlıq sayılan 221.1 maddəsi ilə əvəzlədi və cəzanı 6 ay daha aşağı saldı. Burada maraqlı bir məqam var. Yadigar bəy saxlananda qanuna görə, onun haqqında xırda xuliqanlığa görə həbs qətimkan tədbiri seçilə bilməzdi. Ona görə ağır xuliqanlıqda ittiham etmişdilər. İndi məlum oldu ki, irəli sürülən əvvəlki ittiham qanunsuz olub. Demək ona qarşı seçilən həbs qətimkan tədbiri də qanunsuz olub».

Yadigar Sadıqov 2013-cü il il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müavini xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirmişdi.

Yadigar Sadıqov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Yadigar Sadıqovu «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG