Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:37

John Kerry qarı təmizləmədi, cərimə olundu


Bostonda qar
Bostonda qar

-

ABŞ dövlət katibi John Kerry borandan sonra Bostondakı evinin ətrafından qarı təmizləmədiyi üçün 50 dollar cərimə olunub.

Kerry-yə cərimə yanvarın 29-da yazılıb. Rəsmilər evi və iş yerinin ətrafındakı səkiləri təmizləməyən hər kəsin cəzalanacağını deyib.

Kerry Prezident Barack Obama ilə birlikdə Səudiyyə Ərəbistanına Kral Abdullanın ölümünə görə başsağlığına getmişdi.

Sözçüsü deyib ki, cərimə qoyulandan dərhal sonra Kerry-nin Bostonun Beacon Hill kvartalındakı evinin ətrafında olan səkilər təmizlənib. O, Kerry-nin cəriməni dərhal ödəyəcəyini deyib.

Polisin sözlərinə görə, qonşu təmizlənməmiş qara görə şikayət edəndən sonra cəriməni yazan əməkdaş bunun Kerry-nin evi olduğunu bilməyib.

XS
SM
MD
LG