Keçid linkləri

Təcili xəbərlər
2022, 05 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:05

Litvinenko-nun ölümünün açıq məhkəməsi başlanır


Aleksandr Litvinenko

-

Yanvarın 27-də London məhkəməsində Rusiyanın keçmiş casusu Aleksandr Litvinenko-nun ölümü üzrə açıq məhkəməsi başlanır. Ölümündən səkkiz il sonra aparılan bu təhqiqat Rusiya hökumətinin mümkün rolunu araşdıracaq.

Litvinenko London mehmanxanasında içdiyi çaydan zəhərlənib, bir neçə həftə sonra dünyasını dəyişib. Çaya radiaktiv maddə qatılıbmış.

Britaniyalı müstəntiqlər inanırlar ki, Rusiya vətəndaşları Andrei Lugovoi və Dmitry Kovtun çayın zəhərlənməsinə görə məsuliyyət daşıyır. Onlar 2006-cı il noyabrın 1-də Litvinenko-nu Mayflower otelində ziyarət ediblər.

Bir neçə ay çəkəcək prosesi hakim Robert Owen aparır. Owen bundan əvvəl məhkəmə istintaqını aparıb və deyib ki, "Rusiya dövlətinin məsuliyyətinə dair cinayət işi açılması üçün sübut dəlil var".

Dinləmə London vaxtıyla səhər 10-da başlanır.

XS
SM
MD
LG