Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:27

Ermənistan prezidenti Azərbaycana "qabaqlayıcı" zərbədən danışır


Serzh Sarkisian ordu komandirləri ilə görüşdə
Serzh Sarkisian ordu komandirləri ilə görüşdə

-

Ermənistan prezidenti Serzh Sarkisian deyir ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsində istənilən hala hazırdır. O, Azərbaycana xəbərdarlıq edib ki, istənilən hərbi hədəyə "asimmetrik" cavab verəcək.

Sarkisisan yanvarın 26-da Ermənistan Silahlı Qüvvələrinin 23-cü ildönümünə həsr olunmuş mərasimdə danışıb, Dağlıq Qarabağ münaqişəsində son vaxtlar zorakılığın artmasına toxunub.

Ermənistan prezidentinin sözlərinə görə, ölkəsi danışıqlara və "inam körpüləri"nin qurulmasına hazırdır. Ancaq əlavə edib ki, sərhəd boyunca indiki gərginlik artsa, "qızmış başlar sürprizlərlə qarşılaşa bilər".

Sarkisian deyir ki, Ermənistan sərhədi boyunca təhlükənin artdığını görərsə, "qabaqlayıcı hücumlar həyata keçirmək haqqımızı saxlayırıq".

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT-nin bu işğalı pisləyən, qüvvələrin geri çəkilməsini tələb edən qətnamələri yerinə yetirilməmiş qalıb.

Tərəflər bir-birini 1994-cü il atəşkəs sazişini pozmaqda ittiham edir. Azərbaycanın Müdafiə Nazirliyi yanvarın 26-da bildirib ki, Ermənistan əsgərləri atəşkəsi son 24 saat ərzində 124 dəfə pozub.

XS
SM
MD
LG