Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 16:33

Bill Clinton haqda filmin çəkilişini dayandırdı


Martin Scorsese

-

Məşhur rejissor, “Taksi sürücüsü”, “Uol Strit canavarı” kimi filmlərin yaradıcısı Martin Scorsese Amerikanın keçmiş prezidenti Bil Clinton haqda sənədli filmin çəkilişlərini təxirə salıb.

”Hollywood Reporter” xəbər verir ki, səbəb rejissorla keçmiş prezident arasında suallar və son məhsul üzərində nəzarətlə bağlı yaranan fikir ayrılıqlarıdır.

Filmin bir hissəsi artıq çəkilib. HBO telekanalı bildirib ki, “filmin tezliklə hazır olacağı gözlənilmir, amma bu o demək deyil ki, bu heç vaxt baş verməyəcək”.

Bundan əvvəl Scorsese Clintonu “ABŞ və dünya siyasətində mühüm rol oynamaqda davam edən görkəmli xadim” adlandırmışdı.

Clinton isə demişdi ki, əfsanəvi rejissorun onun haqqında film çəkməyə razı olduğuna sevinir. O, prezidentliyi və gələcək fəaliyyəti haqda hekayətini tamaşaçılarla bölüşəcəyini səbirsizliklə gözlədiyini bildirmişdi.

XS
SM
MD
LG