Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Ən çox “Oscar” almış 3 aktyor


soldan sağa: Daniel Day-Lewis, Jack Nicholson, Walter Brennan
soldan sağa: Daniel Day-Lewis, Jack Nicholson, Walter Brennan

-

Kino tarixində 3 aktyor hamıdan çox “Oscar” alıb:

1. Daniel Day-Lewis
2. Jack Nicholson
3. Walter Brennan

DANIEL DAY-LEWIS yeganə aktyordur ki, “Oscar”ının üçünü də “Ən yaxşı aktyor” nominasiyasında alıb, yəni ikinci plan roluna görə yox.

Bunlar hansı filmlərdir?

“Mənim sol ayağım (My Left Foot) - 1989
“Qan töküləcək” (There Will Be Blood) - 2007
“Linkoln” (Lincoln) - 2012

Amma onun “yüksək pilotaj” göstərdiyi başqa rollar da var. Məsələn, Martin Scorsese-nin “Nyu York bandaları” filmində oynadığı quldurbaşı kimi. Burada quldurbaşı ondan qisas almaq məqamını gözləyən köhnə rəqibinin oğlunu ifşa edir.

JACK NICHOLSON ona görə ikinci pillədə qərarlaşıb ki, “Oscar”larından birini ikinci plan roluna görə alıb: “Sevgi sözcükləri” (Terms of Endearment) - 1983

Ən yaxşı aktyor mükafatlarını isə ona məşhur “Ququ quşu yuvasının üstündən uçarkən” (One Flew Over the Cuckoo's Nest) – 1975 və “As Good as It Gets” - 1997 filmləri qazandırıb.

“Ququ quşu yuvasının üstündən uçarkən” filmi (rejissor: Milosh Forman) sadəcə dəlisovluğuna görə dəlixanaya salınan gəncin başına gətirilənlər haqdadır. Amma bu həm də cəmiyyətin gənclərin şəxsi həyatına müdaxilə, onları şablonlara uyğunlaşdırma cəhdlərinə qarşı çəkilmiş filmdir. Ruhi xəstəxana personalı isə dövlətin sərt siyasətinin rəmzidir.

WALTER BRENNAN isə bütün “Oscar”larinı ikinci plan rollarına görə alıb. 1936-40-cı illər arası.

Come and Get It (1936)
Kentucky (1938)
The Westerner (1940)

1954-cü ildə ikinci plan rollarına görə “Oscar”a namizədləri elan etmək Brennan-a həvalə edilmişdi. (Video aşağıda)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG