Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

Avro son 11 ildə dollara nisbətdə ən aşağı həddə düşüb


-

Avro son 11 ildə dollara nisbətdə ən aşağı həddə düşüb. Yanvarın 22-də bir avro 1.13 dollara bərabər olub. Bu, 2003-cü ildən bəri ən aşağı səviyyədir.

Bu xəbərdən öncə Avropa Mərkəzi Bankı böyük istiqraz alma proqramını elan edib. Bank bu proqramın inflyasiyanı dərinləşdirəcəyinə ümid edir.

19 aylıq proqram 1 trilyon avroya başa gələcək. Məqsəd inflasiyanı sürətləndirmək və real iqtisadiyyata kredit ayrılmasını gücləndirməkdir.

Plan səhm bazarlarında artıma səbəb olub. Almaniyada səhmlər 1.3 faiz artıb, Fransada da bu rəqəm 1.3 faiz olub.

Wall Street-də S&P 500 və Dow hərəsi ötən gecə 1.5 faiz əldə edib.

Yanvarın 23-də Asiyada da səhm qiymətləri artıb.


XS
SM
MD
LG