Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 09:09

Avropa Mərkəzi Bankı istiqrazları alır, bu əlavə pul çapı deməkdir

Avropa Mərkəzi Bankı
Avropa Mərkəzi Bankı

Avropa Mərkəzi Bankı avroya dəstək məqsədi ilə dövlət istiqrazlarını almaq qərarına gəlib.

Bu 1 trilyon avroyadək əlavə pul çapına səbəb ola bilər.

Bankın rəhbəri Mario Draghi yanvarın 22-də bildirib ki, plana əsasən bank bu ilin martından gələn ilin sentyabrınadək hər ay 60 milyardlıq dövlət istiqrazı alacaq.

Mütəxəssislər hesab edir ki, dövlət istiqrazlarını almaq üçün yeni pul çapı avrozonada iqtisadi artıma təkan verə bilər.

Avropa Mərkəzi Bankı həmçinin bank faizlərini 0,05 həddində saxlayıb.

Amma Almaniya parlamenti ilə Almaniya Mərkəzi Bankı bu plana qarşıdılar.

Almaniya heseb edir ki, bu bir sıra ölkələrdə islahatlara az təkan verə bilər.

This item is part of
XS
SM
MD
LG