Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:17

Təqaüdçü İonovun həbsi Rusiya tarixinə düşür


Russia -- Vladimir Ionov. Rally in Moscow after Navalny trial, July 18, 2013.
Russia -- Vladimir Ionov. Rally in Moscow after Navalny trial, July 18, 2013.

O, ölkədə kütləvi aksiyaları tənzimləyən qanunların sərtləşdirilməsindən yeni qaydalara əsasən cəzalandırılan ilk vətəndaş ola bilər. 75 yaşlı İonovu ya 5 il həbs, ya da 1 miyon rubl cərimə gözləyir

-
Rusiyada təqaüdçü Vladimir İonovun həbsi boyük diqqət doğurub. Hadisə ilk baxışdan ölkədə tez-tez baş verən yüzlərlə həbslərdən biridir, İonovun şəxsiyyətində də qeyri-adi heç nə yoxdur, Putinin siyasətinə etiraz etməyə özündə cürət tapan minlərlə vətndaşlardandır.

Diqqəti cəlb edən, həbsin tarixidir - Valdimir İonov Rusiyada kütləvi aksiyarla bağlı cinayət məcəlləsindəki dəyişikliklərdən sonra və yeni maddələrə əsasən həbs olunan ilk şəxsdir.

O, indiyədək Rusiyadakı aksiyalarda 4 dəfə saxlanıb və hər dəfə də cərimə olunmuşdu. İndi 75 yaşlı etirazçını 5 il həbs cəzası gözləyir, ya da...

Rusiya Dumasında sərtləşdirilən qanuna görə, 6 ay ərzində icazəsiz aksiyalarda iştiraka görə 4-cü dəfə saxlanan şəxs ya 1 milyon rubl cərimə ödəməlidir, ya da 5 il azadlığı ilə vidalaşmalıdır.

Müxalifət liderlərindən biri Boris Nemcov öz Facebook profilində yazıb ki, Vladimir İonov Kremlin qabağında əlində “Je suis Charlie” yazılmış plakat tutaraq tənha aksiya keçirib: “Yanvarın 15-də Manej meydanında Navalniyə dəstək aksiyasında iştirak edib. Təqaüdçü İonov bu səfeh maddəyə görə həbs edilən ilk şəxs olacaq”.


Müxalif “Solidar” hərəkatının üzvü olan İonov sentyabrdan bəri 4 dəfə saxlanıb və hər dəfə cərimə edilib. İonov deyir ki, o, bu prespektivi gözləmirdi: “Mən cəngavər deyiləm, kücədəki sadə adamam. Amma bu ölkədə kimsə qışqırmalıdırmı ki, kral çılpaqdır?” – qan təzyiqindən və ürəyindən əziyyət çəkən təqaüdçü deyir.


İonov sentyabrdan bəri iki dəfə həbs olunub. Yanvarın onunda Kremlin qabağında qaldırdığı “Je Suis Charlie” şüarına, yanvarın 15-də isə Aleksei Navalny-yə dəstək aksiyasına görə saxlanıb.
Sonuncu həbsi zamanı ona xəbərdarlıq edilib ki, bir də saxlansa kriminal ittihamla üzləşəcək.


Yanvar ayındakı aksiyalara görə üst-üstə 170 min rubl cərimələnən Ionov deyir, o hesab etmir ki, yaşının onu həbsdən qoruyacağı illüziyasına qapılmır. İonov qeyd edir ki, müxalifət qəzeti olan “Novaya Gazeta”da ürəyi tutub yerə yıxılan 85 yaşlı kişinin həbsi barədə xəbər oxuyub: “Onu bu vəziyyətdə həbs etmək üçün məhkəməyə aparıblar. Artıq bu ölkədə baş verən hər hansı bir şey məni təəccübləndirmir”.


Sərbəst buraxılsa da İonovun Moskvadan çıxması qadağan olunub. Bununla belə təqaüdcü deyir ki, o, ictimai fəallıyyətini dondurmaq fikrində deyil:

“Düzünü desək, məni həbs, ya cərimə qayğılandırmır. Məni ölkəm, uşaqlarım, dostlarım qayğılandırır. Mən burda uzun illərdi yaşamışam. Heç yerə qaçmıram və işlərin belə gedişindən razı deyiləm".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG