Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:36

Ankarada toqquşmalar olub


Yerevanda 2011-ci ildə aksiyada bir qadln əlində Hrant Dinkin fotosunu tutub
Yerevanda 2011-ci ildə aksiyada bir qadln əlində Hrant Dinkin fotosunu tutub

-

Yanvarın 19-da Türkiyə polisi Ankarada nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Etirazçılar səkkiz il öncə ofisinin qarşısında güllələnmiş Türkiyəli erməni jurnalist Hrant Dinkin işində ədalət tələb ediblər. Minlərlə adam İstanbulun mərkəzində də dinc nümayişə çıxıb.

52 yaşlı Dink 2007-ci il yanvarın 19-da güllələnib. 17 yaşlı Ogun Samast qətli törətdiyini etiraf edib və 20011-ci ildə 23 illik həbs cəzasına məhkum edilib. Ancaq sonradan qətllə bağlı böyük qalmaqal yaranıb. Belə ki, təhlükəsizlik qüvvələrinin Dinkə sui-qəsdən xəbərdar olması və tədbir görməməsi üzə çıxıb.

Dink türklər və ermənilər arasında barışığa çağırırdı.

Ermənilər 1-ci dünya müharibəsi zamanı Osmanlı qüvvələrinin onların soyqırımını törətdiyini, 1.5 milyon adamın öldürüldüyünü deyir. Türkiyə bu kütləvi qırğının genosid adlandırılmasına qarşı çıxır.

XS
SM
MD
LG