Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:09

Prezident aparatı qarşısında etiraz aksiyası- [Fotolar]


-

Yanvarın 19-da «Qala MMC» Beynəlxalq Mühafizə Xidmətinin bir qrup əməkdaşı Bakıda- Prezident Adminstrasiyasının önündə etiraz aksiyası keçirib.

Maaşlarını ala bilməyən işçilər
Maaşlarını ala bilməyən işçilər

​Bu haqda AzadlıqRadiosuna etirazçıların özləri məlumat verib.

Onların sözlərinə görə, aksiyaya səbəb xidmət rəhbərliyi tərəfindən aldadılmaları olub. Etirazçılar deyir ki, bir neçə ay öncə yaradılan, 43 rayonda fəaliyyət göstərən xidmətə tez bir zamanda minlərlə əməkdaş cəlb olunub.

Aksiyaçılar bildirir ki, işə qəbul olunmaq üçün onlardan 2 min 400 manat depozit alınıb. Onlar deyir ki, hazırda xidmət fəaliyyətini dayandırdırdığından nə bir neçə aylıq maaşlarını, nə də ki, işə qəbul olunarkən verdikləri depoziti geri ala bilirlər.

Aksiyaçılardan Vasif Rəhmanov deyir ki, 3 ay öncə xidmətdə işə düzəlib.

Onun sözlərinə görə, bu müddətdə bir dəfə də olsun maaş ala bilmədiyindən aldadıldığını anlayıb və bu günkü aksiyay qoşulub:

«İşə düzələndə dedilər ki, 2 min iki yüz manat depozit kimi banka qoymalıyam. Mən də borc tapıb, banka qoydum. Maaşım da 550 manat olmalı idi. Biz hər yerə xidmətə göndərirdilər. 3 ay ərzində 2 dəfə avans almışam. Yeni il bayramından sonra dedilər ki, hələlik iş yoxdu, evdə gözləyin. Dedilər ki, maaş

Geniş şəbəkə idi. Hətta, Türkiyədə də xidmət həyata keçirirdilər. 10 min nəfərə yaxın işçi var idi. Hamısı mənim kimi aldadılıb...

da veriləcək. Bu yaxınlarda öyrəndik ki, bizi aldadıb, aradan çıxıblar. Geniş şəbəkə idi. Hətta, Türkiyədə də xidmət həyata keçirirdilər. 10 min nəfərə yaxın işçi var idi. Hamısı mənim kimi aldadılıb. Onların maaşını da istəmirəm. Tələbim budur ki, heç olmasa borca götürüb depozitə qoyduğum pulu geri qaytarsınlar».

Üzərində Daxili İşlər Nazirliyinin liseynziya nömrəsi olan vəsiqə
Üzərində Daxili İşlər Nazirliyinin liseynziya nömrəsi olan vəsiqə

Vasif Rəhmanov deyir ki, Prezident Adminstrasiyasının əməkdaşları aksiyaçılarla görüşüb və onlara Daxili İşlər Nazirliynə müraciət etməyi məsləhət görüb:

«Nazirlikdə də dedilər ki, biz bu xidməti tanımırıq deyə, bu məsələ bizlik deyil. Bizə verilən vəsiqənin üzərində yazılıb ki, Xidmət DİN-in 041301 saylı lisenziyası ilə fəaliyyət göstərir. Necə ola bilər ki, tanımasınlar. Belə çıxır ki, nazirliyin adından bu cür istifadə edirlər, onların da xəbəri olmur? Özlərini sığortalamaq üçün boyunlarından atırlar. İndi də bizə deyirlər ki, həmin adamlar həbs olunub. Bu məlumata da inanmaq istəmirik. Bizi yayındırmaq istəyirlər. Tələblərimiz yerinə yetirilməsə, aksiyları davam etdirəcəyik».

Bu məsələ ilə bağlı DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG