Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Ömər Şərifi müsəlman edən aktrisa öldü


Faten Hamame
Faten Hamame

-

Tanınmış Misir aktrisası Faten Hamame 83 yaşında Qahirədəki evində vəfat edib. Bu xəbəri Misirdəki qaynaqlarına dayanan «Sabah» qəzeti (Türkiyə) bildirib.

1931-ci ildə doğulan Faten Hamame sənət həyatına 10 yaşından başlayıb. O, 1954-cü ildə ilk böyük filmində - «Vadidəki mücadilə»də rol alıb.

Michel Shalhoub, beləcə, «Ömər Şərif» oldu

Bu filmin çəkilişindən öncə Hamame onunla birgə baş rol oynayacaq aktyoru bəyənmədiyindən Michel Dimitry Shalhoub adlı xristian əsilli gənci şəxsən seçibmiş.

Filmdə «öpüşməmək» qaydasını ilk dəfə Shalhouba görə pozan xanım aktrisa onunla evlənə bilmək üçün İslamı seçməyə qərar verən tərəfdaşının sevgisini qarşılıqsız buraxmayıb.

Omar Sharif
Omar Sharif

Ərindən boşanan Hamame və Ömər Şərif (Omar Sherif) adını alan Salhub 1955-ci ildə evlənərək 20 il ailə həyatı yaşayıblar.

Onlar ayrılandan sonra Ömər Şərif sənət fəaliyyətinə Hollivudda davam edib.

Ərəb kinosunun xanım üzü Hamame 2000-ci ilədək sürən kino həyatı boyunca “Vadidəki mücadilə”dən başqa “Bayquş duası” (1959), “Sevgi çayı” (1961), “Bir çözüm istəyirəm” (1974), “Fatma tutulan gecə” (1985) və başqa filmlərdə baş rolu oynayıb.

Yusuf Şahin (Yusuf Shahin) başda olmaqla bir çox Misir rejissorunun ən çox bəyəndiyi aktrisa sayılan Hamame azı 100 film və serialda rol alıb.

Ömər Şəriflə Faten Hamamenin nigahından doğulan Tarık Şərif (Tarik Sherif) adi xəstəlikdən halsızlaşan anasının evdə qəfildən yıxılaraq öldüyünü söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG