Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:07

"Oscar" mükafatına namizədlər elan edildi (Qısa siyahı)


Rus rejissorun "Leviafan" filmi də mükafata namizəddir.

-

“Oscar” mükafatının qısa siyahısı açıqlandı.

“Birdman” (Bödmən) və “Grand Budapest Hotel” (Qrand Budapeşt Mehmanxanası) filmləri 9 nominasiyada mükafata namizəddirlər.

“Boyhood” (Oğlan çağı) filminin də şansları yüksəkdir.

“Bödmən” filmi qəfildən məşhurlaşan, sonra getdikcə yaddan çıxmağa başlayan Hollivud aktyorunun illər sonra yenidən özünü tapmağa, onu qarabaqara izləyən Bödmən obrazından yaxa qurtarmağa çalışması haqdadır.

“Oğlan çağı” Berlin Kinofestivalında "Ən yaxşı rejissor" nominasiyasında "Gümüş şir" mükafatını qazanıb. Film 6 yaşlı Mason Evans-ın necə böyüməsindən, valideynlərinin boşanmasından, onun narkotiklərlə ilk "tanışlığından", özünə sevgili tapmasından və s.-dən bəhs edir.

Amerika Kino Akademiyası “Oscar” mükafatının qaliblərini fevralın 22-də elan edəcək.

Bəzi nominasiyalar üzrə qısa siyahılar:

“Ən yaxşı film”

"Amerikan snayperi"

"Bödmən"

"Oğlan çağı"

"Qrand Budapeşt Oteli"

"İmitasiya oyunu”

"Selma"

"Hər şey nəzəriyyəsi”

"Tutma" (Ardı aşağıda)

“Ən yaxşı rejissor”

Alejandro González Iñárritu, "Bödmən"

Richard Linklater, "Oğlan çağı"

Bennett Miller, "Tülkü ovçusu"

Wes Anderson, "Qrand Budapeşt Oteli"

Morten Tyldum, "İmitasiya oyunu” (Ardı aşağıda)

“Ən yaxşı aktyor”

Steve Carell, "Tülkü ovçusu"

Bradley Cooper, "Amerikan snayperi"

Benedict Cumberbatch, "İmitasiya oyunu”

Michael Keaton, "Bödmən"

Eddie Redmayne, "Hər şey nəzəriyyəsi"

“Ən yaxşı aktrisa”

Marion Cotillard, “İki gündüz, bir gecə”

Felicity Jones, “Hər şey nəzəriyyəsi”

Julianne Moore, "Still Alice"

Rosamund Pike, "İtmiş qız”

Reese Witherspoon, "Wild" (Vəhşi)

“Ən yaxşı xarici film”

"Ida," Polşa

"Leviafan," Rusiya

"Mandarinlər," Estoniya

"Timbuktu," Mavritaniya

"İlginc hekayətlər" Argentina

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG