Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:03

Anar Nağılbaz: “Mənə dedilər ki, Rəsulun üzünə durmasan...”


Anar Nağılbaz
Anar Nağılbaz

.

Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

“Mənə dedilər ki, Rəsulun üzünə durmasanız, bu işdə zərərçəkən kimi iştirak etməsəniz, istintaqın və bu istintaqın arxasında duranların əleyhinə getmiş olacaqsız. Bu da Sizin üçün pis ola bilər”.

Bu sözləri reper Anar Nağılbaz AzadlıqRadiosuna deyib. O, hazırda həbsdə olan İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə şahid qismində istintaqda ifadə verib.

Anar Nağılbaz deyir ki, istintaqa şahid kimi dəvət olunsa da məhkəməyə zərərçəkən qismində çağırılıb:

“Yanvarın 12-də məhkəməyə zərərçəkən şəxs qismində çağrıldım. Ondan da bir gün öncə - yanvarın 11-də zəng edib bu haqda məlumat vermişdilər. Hələ mən onda buna etiraz etdim və bildirdim ki, mən zərərçəkən deyiləm”.

“İSTİNTAQA ŞAHİD, MƏHKƏMƏYƏ ZƏRƏRZƏÇƏKƏN KİMİ ÇAĞRILDIM”

Rəsul Cəfərov daha çox Azərbaycanda Eurovision mahnı yarışmasına ev sahibliyi ərəfəsində başlayan “Sing for Democracy” (Demokatiya naminə oxu) kampaniyasından tanınır. Daha sonra o Art For Democracy - prezident seçkiləri ilə bağlı kampiyanlarının təşkilatçısı olub. Burada əsas məqsəd diqqəti ölkədə insan haqlarının durumuna çəkmək idi. Rəsul Cəfərovla Anar Nağılbazın işbirliyi 2013-cü ildən başlayır:

Rəsul Cəfərov və musiqiçi Loreen
Rəsul Cəfərov və musiqiçi Loreen

“Rəsulla birgə biz “seçkiyə gəl” adlı mahnı yazdıq və ona klip çəkdik. Burada əsas məqsəd vətəndaşları seçkilərə səsləmək idi. Bu iş üzrə ödəniş 2013-cü ilin avqust, ya iyul ayında ödənilmişdi.

Adamın səhər yediyi yemək yadından çıxır. İlyarımdan sonra istintaqdan mənə həmin vaxt aldığım vəsaitin məbləğini soruşdular. Mən də həqiqətən xatırlamadım. Amma bilirəm ki, bu işlər 1000-2000 manat arasında dəyişir. Mənə bir qəbz göstərib qəbzin və imzanın mənə məxsus olub-olmadığını soruşdular. Təsdiqləyəndən sonra məbləği əli ilə tutub nə qədər pul aldığımı soruşdular”.

Anar Nağılbaz deyir ki, istintaqa dəqiq vəsaitin məbləğini xatırlmadığını bildirib. Bundan sonra müstəntiq ona deyib ki, təxmini bir məbləğ söyləsin:

“Mənə dedi ki, bu işə şahid qismində cəlb olunmuşam söyləcəyim məbləğin problemi olmayacaq. Mən də 1200 manat dedim. O da əlini rəqəmin üzərindən çəkib, 1700 manat olduğunu söylədi. Anlaya bilmirəm 500 manat nə vaxtdan külli miqdarda vəsait olub. Üstəlik, mən bu məbləği almadığımı söyləməmişəm, dəqiq xatırlamadığımı bildirimişəm”.

Anar Nağılbazdan soruşuruq ki, belə çıxışı, “istintaqın əleyhinə” söylədikləri – bütün bunlardan sonra onu nələrin gözləyəcəyi haqda düşünürmü. Hazırdırmı baş verə biləcəklərə. Sualı dərhal cavablayır:

“Vallah daha itirəcəyimizi itirmişik. Bundan sonra hər şeyə hazır olmaq lazımdır. İnsana hörmət qoyulmursa, hər şeyin başında pul dayanırsa, işinin peşəkarı olanlara diqqət yetirilmirsə çox çətindir belə bir ölkədə yaşamaq, çox...

Azərbaycan əhalisinin ən çoxu 200-250 min nəfəri əla yaşayır. Qalanları taksi sürürür, hardasa fəhləlik edib, ya da cuzi aylıq maaşları ilə çulunu sudan çıxarmağa çalışırlar. Əhalinin 70 faizi çox pis vəziyyətdə yaşayır. Belə olan halda nə itirə bilərik ki?”

Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası yanvarın 15-də keçirilib. Məhkəmə yanvarın 27-nə təyin olunub.

Anar Nağılbazın müsahibəsində səsləndirdiyi ittihamlarla bağlı istintaq orqanının hər hansı reaksiyası hələlik bəlli deyil.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaq, vəzifə saxtakarlığı və küli miqdarda mənimsəmə maaddələri ilə yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə, hüquq müdafiəçisi 12 ilədək azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG