Avronun qiyməti İsveçrəyə görə düşdü.AvropaMərkəziBankı İsveçrədən şiakyət edir. Ətraflı #AzadliqLive-da saat 20-də. http://t.co/lqMIJihWAU
— AzadliqRadiosu (@RadioAzadliq) 16.1.2015
Məşhur reper Anar Nağılbaz AzadliqLive deyir
“Mənə dedilər ki, Rəsulun üzünə durmasanız, bu işdə zərərçəkən kimi iştirak etməsəniz, istintaqın və bu istintaqın arxasında duranların əleyhinə getmiş olacaqsız. Bu da Sizin üçün pis ola bilər”. Müsahibəni oxu/dinlə
Siyasi məhkəmələr haqda sənin fikrin AzadliqLive-da
Siyasi həbslər haqda beynəlxalq ittihamlara cavab verən hakimiyyət tərəfdarları Azərbaycan məhkəmələrinin ədalətli və müstəqil olduğunu, adı gedən şəxslərin konkret cinayətə görə həbs və məhkum olunduqlarını bəyan edirlər. İndiyədək eşitmisiniz ki, xulqanlıqda, narkotik cinayətlərdə, polisə müqavimət göstərməkdə ittiham olunan hansısa hakimiyyət tənqidçisinə (müxalifət üzvləri, QHT fəalları, hüquq müdafiəçiləri, jurnalistlər, bloqqerlər) istintaq orqanlarının irəlü sürdüyü ittihamları hansısa məhkəmə orqanı əsassız kimi rədd etsin və ya bu məhkəmələrdə məhbusların üzünə duran şahid və zərərçəkənlərin ziddiyətlli ifadələrini nəzərə alsın? İkisindən biridir: ya müxalifət üzvləri ancaq nəşəxor, xuliqan və aqressiv şəxslərdən ibarətdir, ya da məhkəmə sistemində qüsur var. Sən necə fikirləşisrən?
"Siyasi məhbusların üzünə duran şəxslərə məhkəmələr niyə inanır.