Yanvarın 15-də axşam dünya bazarında Light və Brend tipli neftin qiymətlərində sıçraiış qeydə alınıb. Sonuncu birdən-birə bareli 3,22 dollar bahalaşaraq 49,8 dollara satılıb. Bu, 2013-cü ilin avqustundan bəri ən böyük birdəfəlik bahalaşmadır.
Sıçrayış ABŞ-dakı neft ehtiyyatlarının həcmi haqda həftəlik məlumatların açıqlanmasından sonraya təsadüf edir. ABŞ-ın Enerji informasiya agentliyinin (EİA) hesabatına əsasən ötən həftə ölkədə 5,4 milyon barel neft və yanacaq ambarlaşdırılıb ki, bu da gözləntilərdən az qala 10 dəfə çoxdur.
Bundan başqa, qiymət artımı fevral satışının bitməsinə cəmi 1 gün qalmış baş verir.
Ekspertlər deyirlər ki, neft qiymətlərində dönüşün yaranmasından danışmaq hələ tezdir, çünki qiyməti yenidən əsaslı şəkildə qaldıra biləcək addım, neft hasillatının azaldılması baş verməyib.