Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

Turkiyədə 94 jurnalistin akreditasiyası uzadılmayıb


Foto arxiv
Foto arxiv

Turkiyədə 94 jurnalistin akreditasiyası uzadılmayıb.

Onların arasında bir neçə veteran jurnalist də var.

Hələlik səbəb açıqlanmır.

Maraqlı odur ki, ölkə qanunlarına görə, 20 ildən çox mətbuatda çalışan jurnalistlər daimi akreditasiya ilə təmin olunur.

Bas Nazirliyin Mətbuat və Informasiya Idarəsiötən ilin dekabrında 208 müxbirin akreditasiyasını təzələsə də bir sıra jurnalistin kartlarını təzələməkdən imtina edib.

Onların arasında Zaman qəzetinin baş redaktoru Ekrem Dumanli, baş redaktor muavini Mehmet Kamis, və Turkiyədə məşhur 5N 1K xəbər verilişinin aparıcısıCuneyt Ozdemir kimi tanınmış muxbirlər də var.

Xatırladaq ki, dekabrın 14-də Zaman qəzetinin redaktoru Dumanlıya qarşı terrorçuluqla bağlı ittiham irəli sürülüb.

O terrorçu qrupun üzvü olmaqda ittiham olunur.

Son 12 ildə Türkiyədə 1863 jurnalist işdən çıxarılıb.

XS
SM
MD
LG