Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:52

Neftçalanın balıq bazarında yenə də aksiya olub


Foto arxiv
Foto arxiv

Neftçalanın balıq bazarında etiraz aksiyası yanvarın 13-də davam edib.

Bu bazar rayonunun mərkəzindəki «Vüsal» MMC-nin nəzdindəki ticarət mərkəzində yerləşir.

Bu barədə AzadlıqRadiosuna Mərkəzin rəhbəri Zakir Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, bu dəfə aksiya yerinə rayon icra başçısının müavini Əlçöməh Babayev də gəlib:

“ İcra başçısı müavinini göndərmişdi ki, biz yola gətirsin. Yanında da əlində kamera olan bir nəfər var idi. Dedi ki, başçı tapşırıb ki, satıcıların hamısını çəkib mənə gətir. Məqsədləri guya insanları tanıyıb, onların problemini həll etmək imiş. Biz də çəkiliş aparmağa qoymadıq. Sonra müavin satıcılarla danışmaq istədi. Amma, satıcılar onu dinləmək istəmədilər. Bundan sonra müavin polislərə göstəriş verdi ki, bazara girib dükanları dağıtsınlar. Satıcılar buna da imkan vermədilər. Polislər özləri də bezib artıq. Baiskarlıq etmək istəmirlər”.

Zakir Fərzəliyev deyir ki, müavin və polislər bir qədər sonra bazarı tərk ediblər.

Yanvarın 12-də ticarət mərkəzində çalışanlar bazardan çıxarılmalarına etiraz olaraq aksiyası keçirib.

Aksiyaçılar bildirir ki, rayonun icra başçısı özünə yeni ticarət mərkəzi tikdirib və bazarda çalışanların məcburi ora köçmələrini istəyir.

Rayon icra başçısının müavini Dilavər Quliyev isə AzadlıqRadiosuna müsahibəsində bu iddiaları rədd edib.

XS
SM
MD
LG