Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 01:31

Ermənistanda 1 ailəni öldürməkdə şübhəli bilinən əsgər yaxalanıb


Valery Permyakov
Valery Permyakov

Ermənistanın Gümrü şəhərində 6 nəfərlik ailəni öldürməkdə şübhəli bilinən Rusiya əsgəri Valery Permyakov Türkiyə sərhəddində tutulub.

Bu barədə yerli kütləvi informasiya vasitələri mətbuat və ictimaiyyətlə əlaqələr üzrə polis idarəsinin rəhbəri Ashot Agaronyana istinadla xəbər verirlər.

Yanvarın 12-də baş verən bu hadisədən sonra Permyakov qulluq elədiyi hərbi hissədən qaçıb.

Bu Rusiya bazasıdır.

Hadisə yerindən avtomat silah, boş gilzlər və patron tapılıb.

Rusiyanın müdafiə nazirliyi insidenti araşdırmaq üçün xüsusi komissiya yaradıb.

İşə birbaşa Ermənistan prezidenti Serz Sargisian nəzarət edir.

Rusiya mətbuatının məlumatına görə əvvəllər psixoloji xəstəlikdən əziyyət çəkən Permyakov Gümrüdəki bazaya köçürülməzdən qabaq da xidmət etdiyi hərbi bazadan qaçıb.

Ermənistanla Türkiyə sərhəddinə 102 saylı Rusiya bazası var və Ermənistanla Türkiyə sərhəddini Rusiya əsgərləri qoruyur.

XS
SM
MD
LG