-
Kuba hakimiyyəti 53 siyasi məhbusu azad edib.
Bu, ABŞ-la münasibətlərin normallaşması şərtlərindəndir.
Bu ilin dekabrında ABŞ və Kuba liderləri iki ölkə arasında diplomatik münasibətlərin yaradılması, Kubaya qarşı sanksiyalara son qoyulması yönündə razılığa gəliblər.
ABŞ siyasi məhbus saydığı şəxslərin azadlığa buraxılması yönündə cəhdlərini davam etdirəcək.