Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

Məhbus valideynləri "Tubzon" qarşısında etiraz ediblər


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

Bu günlərdə 14 saylı həbsxanadakı məhbusların bəziləri karsera salınıb, bir qismi isə vərəm dipanserinə köçürülüb. Məhbusların yaxınları hesab edir ki, cəzaçəkmə müəssisəsi bunu məhbusları cəzalandırmaq məqsədi ilə həyata keçririb.

Onlar yanvarın 10-da “tubzon” (“vərəm zonası” mənası verir – red.) kimi tanınan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki vərəm dispanserinin qarşısında aksiya keçirib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən məhbus İsa Yaqubovun anası Aynur Yaqubovanın bildirdiyinə görə, dispanser qarşısında başlanan aksiya Preziden Aparatının qarşısında davam edib.

“ Dekabrın 22-də 14 saylı CÇM-də inanclı məhbus Elşad Babayev karserdə işgəncə ilə öldürüldü. Digər məhbuslar buna etiraz edərək aksiya keçirdilər. Onlar Elşadı öldürənlərin cəzalanmasını istəyirdilər. Bir neçə gün sonra CÇM-ə hərbi qüvvə yeritdilər. Hərbçilər səhər saat 5-də CÇM-ə girib kimliyindən asılı olmayaraq, bütün məhbuslara divan tutublar. Daha sonra aksiyada fəallıq edən 11 nəfəri karserə salıblar, 13 nəfəri isə işgəncə müəssisəsi kimi tanınan “tubzon”a köçürüblər. Bunların hamısı inanclı adamlardır. Mənim oğlum da “tubzon”a köçürülənlər arasındadır. Bilirik ki, onlara işgəncə verirlər. Bizim tələbimiz budur ki, övladlarımızla görüşək, əmin olaq ki, sağdırlar” – deyə Aynur Yaqubova AzadlıqRadiosu ilə söhbətində bildirib.

Onun sözlərində görı, müəssisə rəhbərliyi nəinki görüşə icazə vermir, əksinə digər yerlərə şikayət edəcəkləri təqdirdə onları övladlarına təqyizlərlə hədələyib:

“ Dedilər ki, başqa yerə şikayətə getsəz, övladlarınızın başına oyun açacağıq. Onsuz da açırlar. Oradan çıxıb Prezident Aparatının qarşısına gəldik. Buradan bizi Elşad Babaeyvin işi araşdırılan prokurorluğa göndərdilər. Prokurorluqda da dedilər ki, istgintaq sirri olduğuna görə, heç nə deyə bilməzlər. Axı bunun bizim tələbimizə nə dəxli var? Ölüm işi araşdırılır, daha yaxşı. Bizi narahat edən övladlarımızın taleyidir. Biz görüş istəyirik. Dedilər ki, biz bu işlərə qarışmırıq. Bu necə ölkədi yaşayırıq? Guya prezidentin xəbəri yoxdur məslədən? Prezidentin xəbəri olmadan hərbi qüvvənin CÇM-ə yeridə bilməzlər axı... Niyə maraqlanmırlar bu məsələ ilə? Biz qanunu tələb edirik. Uşaqalarımız günahkardılarsa, qoy onları istintaq idarələrinə aparsınlar. Niyə işgəncə vermək üçün “tubzon”a göndəriliblər”?

Dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Bildirlirdi ki, etiraza səbəb 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.

Daha sonra Penitensiar Xidməti Elşad Babayevin ölümünün prokurorluqda araşdırıldığı haqda məlumat yayaraq işgəncə faktını təkzib edirdi.

Bu hadisədən sonra 10-dan artıq məhbusun karserə salındığı, bir o qədərinin də vərəm dispanserinə köçürüldüyü bildirilirdi. Binə dispanseri məhbuslar arasında “işgəncə müəssisəsi” adlandırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG