Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:29

Həbsxanada ölən Elşad Babayevin bacısı M.Quliyevlə görüşür


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

“ Qardaşımın məhbəsdə öldürülməsinə susmayacağam”” - bunu həbsxanada ölən Elşad Babayevanın bacısı Simuzər Babayeva deyir. Bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevlə görüşən S.Babayevə AzadlıqRadiosuna bildirib ki, ona Elşad Babayevin ölümündə günahı olan hər kəsin cəzalanacağına söz verilib:

“O MƏNƏ VİCDANLA SÖZ VERDİ Kİ...”

“ Görüş üçün müraciət etmişdim, o (Mədət Quliyev - red.) da qəbul etdi. Məni axıra kimi dinlədi. Bildirdim ki, qardaşımın ölümündə 5 məmurun adı çəkilir. O isə 3 nəfər haqda məlumatlı olduqlarını dedi. Onu da dedi ki, Elşad qaydaları pozduğuna görə karserə salınıb. Mədət Quliyevə dedim ki,vicdanlı olduğunu düşünərək onun qəbuluna gəlmişəm. Xahiş etdim ki, əliqandallı məhkumu döyüb öldürənlər cəzalandırılsın. O da vicdanla söz verdi ki, haqq nə tələb edirsə, onu da edəcək”.

“MƏN SUSMAYACAĞAM”

Bununla yanaşı xanım Babayeva deyir ki, qardaşının ölümünün obyektiv araşdırılacağından arxayın deyil:

“İstintaqın gedişi ilə bağlı Qaradağ Rayon Prokurorluğunun müstəntiqi ilə əlaqə saxladım. Bildirdi ki, bununla bağlı hər hansı bir məlumat verə bilməz. Bu məsələnin unudulmasına imkan verməyəcəyəm. Bu hadisə ilə bağlı indiyə kimi heç kim məsuliyyətə cəlb olunmayıb. Müəssisənin rəhbəri də öz vəzifəsində qalmaqda davam edir. Məhkəmə-tibbi ekspertizanın cavabını gözləyirəm. Bu məsələ qanun çərçivəsində həll olunmalıdır. Azərbaycan hüquqi dövlətdir. Bura cəngəllik qaydaları ilə yox, qanunlarla idarə olunur. Bu məsələdə hansısa məmurun cinayəti ört-basdır ediləcəksə, mən susmayacağam”.

AUDİO: Dekabrda Simuzər Babayevin AzadlıqRadiosuna müsahibəsi

Gözlə

No media source currently available

0:00 0:04:21 0:00
Direct-ə keçid

PENİTENSİAR XİDMƏT İŞGƏNCƏNİ TƏKZİB EDİR...

Dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Məlumatlarda etiraza səbəb kimi 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsi göstərilirdi.

​Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.

Daha sonra Penitensiar Xidməti Elşad Babayevin ölümünün prokurorluqda araşdırıldı haqda məlumat yaymışdı. Məlumatda həmçinin işgəncə faktı təkzib edilirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG