Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 23:03

İşgəncələr əleyhinə Komitəyə 324 müraciət daxil olub


Elçin Behbudov

Şikayətlərin 112-si işgəncə, pis və qeyri-insani rəftarla bağlıdır, o cümlədən 3-ü azyaşlı uşaqlara və 13-ü qadınlara qarşı.

SOCAR-ın Təhlükəsizlik Xidməti, məhkəmə icraçıları və hətta icra hakimiyyəti işçilərindən də şikayətlər daxil olub.

İl ərzində dörd nəfər saxlanma yerlərində işgəncələr nəticəsində dünyasını dəyişib. Turanın məlumatına görə bunu yanavarın 9-da keçirdiyi mətbuat konfransında İşgəncələr əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib.

O qeyd edib ki, komitə nümayəndələri monitorinq aparmaq üçün əvvəlki kimi Penitensiar Xidmətin saxlanma yerlərinə buraxırmır.

Eyni zamanda, Komitə müntəzəm olaraq MTN, Daxili İşlər vəMüdafiə nazirliklərinin təcridxanaları, habelə Səhiyyə Nazirliyinin narkoloji dispanseri vəTəhsil Nazirliyinin xüsusi internatlarında monitorinq aparır.

Komitənin tövsiyəsi əsasında təcridxanalarda məhbuslar üçün həkimlər tərəfindən doldurulan tibbi kartlar tətbiq edilib və yetkinlik yaşına çatmamış məhbuslar televizor və telefon rabitəsi ilə təmin ediliblər.

2014-cü ildə ordudan işgəncələrlə bağlı şikayətlər daxil olmayıb ki, bu da Müdafiə Nazirliyində keçirilən islahatlarla izah olunur..

MTN-in istintaq təcridxanasındakı vəziyyətə toxunan Behbudov qeyd edib ki, təmirdən sonra orada televizorlar və isitmə və ventilyasiya sistemləri quraşdırılacaq.

Komitə həmçinin Miqrasiya Xidmətinin saxlanma yerində monitorinq keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG