Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:51

Charlie Hebdo: Şübhəlilərin olduğu bildirilən maşın təqib olunur (VİDEO)


Fransa polisi magistral yolda şübhəlini qovur
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Fransa polisi magistral yolda şübhəlini qovur

Vilers-Koteret şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə Cherif və Said Kouachi qardaşlarına oxşayan iki şəxs basqın edib.

Live TV-nin xəbərinə görə, Parisin şimal-şərqində Charlie Hebdo hücumuna görə şübhəlilərin olduğu güman edilən avtomobil təqib olunur. Atəş açılıb. Maşında girovların olduğu bildirilir.

***

Fransada polis “Charlie Hebdo” satirik jurnalının redaksiyasına basqın edərək 12 nəfəri öldürməkdə şübhəli bilinənlərin axtarışı üçün Parisin şimal-şərqində böyük əməliyyat aparır.

Xəbər verildiyinə görə zabitlər iki nəfərin soyğunçuluq törətdiyi yanacaqdoldurma məntəqəsinin yerləşdiyi Vilers-Koteret şəhəri yaxınlığındakı ərazini axtarırlar.

İki basqınçının Cherif və Said Kouachi qardaşlarına müəyyən oxşarlıqları olduğu bildirilir.

Cherif və Said Kouachi qardaşlarının evbəev axtarışı üçün Lonqpont kəndi mühasirəyə alınıb.

Rəsmilər bildirirlər ki, cümə axşamı paytaxtın şimalında polis qadının öldürülməsi ilə “Charlie Hebdo” basqınının əlaqəsi yoxdur.

Qadın polis zabitinə hücum etmiş şəxsin üstündə avtomat silah və tapança olub. O hadisə yerindən qaçıb.

Şübhəlilərin axtarışına polisin xüsusi anti-terror birləşməsi də qoşulub.

Fransada müsəlmanlar hücumlara məruz qalırlar

Daxili işlər naziri Bernard Cazeneuve deyib ki, basqınlar başlanandan bəri Fransa boyunca küçələrə 88 min polis nəfəri çıxarılıb.

Fransanın bir sıra yerlərində müsəlmanların hücumlara hədəf olduğu bildirilir.

Cənab Cazeneuve deyib ki, adamlara dini və ya irqi mənsubiyyətlərinə görə edilən hücumlara tolerantlıq göstərilməyəcək.

Çərşənbə günü könüllü olaraq polisə təslim olmuş üçüncü şəxsin şübhəli qismində saxlanıb-saxlanmadığı barədə əlavə məlumat verilməyib.

Qaçaq şübhəlilər Əlcəzair əsilli valideynlərin övladlarıdırlar.

Onlardan biri artıq polis müşahidəsi altında imiş və əvvəllər terrorçuluq əməllərinə görə 18 ay müddətinə azadlıqdan məhrub edilibmiş.

Polis iki qardaşın “silahlı və təhlükəli” olduqları barədə əhaliyə xəbərdarlıq edib.

Qardaşlar “illərdir” ABŞ-ın siyahısında olublar

Birləşmiş Ştatlarda və Avropada bu təhqiqata yaxın mənbələr bildiriblər ki, iki qardaşdan biri – Said 2011-ci ildə Yəməndə olub və Ərəb Yarımadası əl-Qaedasının (AQAP) düşərgəsində bir neçə ay hərbi təlim keçib.

Yəmən rəsmiləri bildiriblər ki, hazırda Said Kouachinin buradakı mümkün əlaqələri araşdırılır.

ABŞ hökuməti də xəbər verib ki, qardaşlar Birləşmiş Ştatların təhlükəsizliyə dair iki siyahısında qeyddə olublar.

Amerikanın TİDE adlanan təhlükəsizlik informasiyası bankında 1, 2 milyon potensial terror şübhəlisinin adları var.

ABŞ-ın ABC televiziya şəbəkəsi qardaşların “neçə illərdir ki” şübhəli siyahısında olduqlarını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG