Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 22:22

İntiqam Əliyevin işi ilə bağlı materiallar məhkəməyə göndərilib

İntiqam Əliyev
İntiqam Əliyev

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin işi ilə bağlı materiallar məhkəməyə göndərilib.

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə,artıq iş üzrə ibtidai istintaq yekunlaşıb, ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yaxın günlərdə icraata veriləcək.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

O ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG