Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 20:52

Avstraliyada son 30 ilin ən güclü meşə yanğınlarıdır

Avstraliyada son 30 ilin ən güclü meşə yanğınları davam edir.

Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında yanğın 11 hektar meşə sahəsini məhv edib.

30 ev tamamilə yanaraq külə dönüb. Adelaida ətrafındakı yaşayış məntəqələrinin minlərlə sakini xüsusi sığınacaqlarda gecələyir.

Yanğınlarla mübarizəyə 2 min yanğınsöndürən, 14 təyyarə və helikopterlər cəlb olunub. Bölgədə güclü küləklərə görə, yanğını nəzarətə almaq hələ mümkün olmayıb. Havaların həddindən artıq isti keçməsi də vəziyyətə mənfi təsir edir. Yanvarın 3-də Adelaida şəhərində temperatur 40 dərəcəyə olub.

This item is part of
XS
SM
MD
LG