Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:07

Nobelli yazıçı korrupsiya haqda roman yazacaq


Mo Yan

-

Nobel mükafatlı Çin yazıçısı Mo Yan korrupsiya haqda roman yazmağa hazırlaşır.

Yazıçı bunu Çin Kommunist Partiyasının İntizama Nəzarət üzrə Mərkəzi Komissiyasının saytına müsahibə verərkən deyib.

“Roman - insan haqda olacaq. Hakimiyyət, pul və başqa şirnikləndirici şeylər əslində hər bir insan üçün sınaqdır.

Hər bir insanın ruhu, mənəviyyatı üçün məhək daşıdır”.

Yazıçının sözlərinə görə, o öz əsərlərində Çinin problemlərinə biganə qala bilməz:

“Bu kitabın təsiri böyük ola bilər, çünki insanları mənəviyyat və qanun mikroskopu altında analiz edəcək”.

59 yaşlı Mo Yan “Şərab Respublikası” və “Sarımsaq balladaları” əsərlərində də korrupsiyaya bulaşmış məmurları sərt tənqid edib.

Mo Yan 2012-ci ildə Nobel mükafatına layiq görülüb. Bir çoxları İsveç Akademiyasının bu seçimini tənqid edərək mükafatın KommunistPartiyasının üzvü olan yazıçıya verilməsinin yolverilməz olduğunu bildirmişdilər.

XS
SM
MD
LG