Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:43

İstanbuldan bir Mo Yan keçdi


Mo Yan (Arxiv
Mo Yan (Arxiv
-

"Ayasofya böyük bir ehtimalla mənim bundan sonrakı əsərlərimdə yer alacaq".

Bunu Türkiyədə səfərdə olan Nobel mükafatlı Çin yazıçısı Mo Yan deyib:

“İstanbulda bir çox dinî, tarixî əsəri və məkanı görmək şansım oldu. Xüsusən Ayasofya mənə çox dərin təsir etdi.

İnanılmaz bir tikilidir. Eyni zamanda tarixdən günümüzə qalmış bir sənəd kimidir.

Bir kilsə əvvəl camiyə çevrilib, bu gün isə onu muzey kimi ziyarət edirik.

Daşlarına hər toxunduqca daha öncə yaşamış insanları görə bilmək mənə çox dərin təsir göstərdi".

Mo Yan "Harbiye Askeri Müzesi"ndə gördüyü müdafiə silahlarının da onda dərin təəssürat oyatdığını deyib.

O yazdığı "savaşla əlaqəli" romanda həmin tarixi silahların da yer ala biləcəyini deyib.

Orxan Pamuk
Orxan Pamuk
Mo Yan Türkiyəni "Türk-Çin Sanayici İş Adamları Derneği"nin dəvəti ilə ziyarət edib - “Çin’den Türkiye’ye 100 Entellektüel” layihəsi çərçivəsində.

O, prezident Abdulla Güllə yanaşı Nobel ödüllü türk yazarı Orxan Pamukla da görüşüb.

“Evinə getdim və yazı otağında uzun-uzun sohbət etdik. 2008-ci ildə Orxan Pamuk Çində qonağım olmuşdu" - deyən Mo Yan türk yazarın iş otağının da ona dərin təsir etdiyini söyləyib:

" Onun iş şəraiti və kitabları mənə dərin təsir etdi. Doğrudan da gözəl bir otağı var. Doğrusunu demək gərəkirsə, bir az da Pamukun təsirinə düşdüm. Kitablarını təkrar oxuduğumda artıq onu daha yaxşı anlaya biləcəyimi düşündüm".

"Taraf" qəzetinə istinadla Oxu zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG