Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:11

Bayramqabağı süni bahalaşmaya imkan verilməyəcək


Bakı bazarı

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bayramqabağı bazarlarda süni qiymət artımının qarşısını almaq üçün xüsusi tədbirlər görüb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, nazirlik bayramqabağı bazarlarda kənd təsərrüfatı məhsullarında süni bahalaşmanın qarşısını almaq üçün stimullaşdırıcı tədbirlər görür və bazarlarda bolluq yaratmağa çalışır:

“Süni qiymət artımının qarşısını almaq məqsədilə hazırda nazirliyin əməkdaşları Xətai yarmarkasındadır. 30 nəfərdən artıq əməkdaşımız isə başqa yarmarkalardadır. Məqsədimiz bazarda bolluq yaratmaqdır”.

Nazir qeyd edib ki, bazarlarda qiymət artımı və qıtlıq gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG