Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:26

Quşların miqrasiyası yubandığından monitorinq təxirə salınıb


Azərbaycanda ev və çöl quşlarında «quş qripi» virusunun olmasını müəyyənləşdirmək məqsədilə növbəti monitorinq oktyabrın 25-də keçiriləcək. Dövlət Baytarlıq Xidmətindən bildirirlər ki, monitorinq oktyabrın 15-nə planlaşdırılsa da, soyuqların gec gəlməsi quşların isti ölkələrə kütləvi miqrasiyasını yubadıb. Bu üzdən mütəxəssislər monitorinqin vaxtını on gün sonraya keçiriblər.


Monitorinqdə Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər. Nəticələr bir həftə sonra açıqlanmalıdır.


Azərbaycanda «quş qripi» virusu bu ilin fevralında çöl quşlarında aşkarlanıb. Bu xəstəliyin insana keçməsi nəticəsində bir neçə nəfər dünyasını dəyişib.


İlin əvvəlindən quş ovuna, diri quş satışına qoyulan qadağalar qüvvəsindədir.


XS
SM
MD
LG