Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:24

Səudiyyə Ərəbistanı neftin qiymətini qəsdən salmasını inkar edir


-

Səudiyyə Ərəbistanın neft naziri əmindir ki, neft bazarında vəziyyət düzələcək, neftin qiyməti qalxacaq.

Abu-Dabidə neft forumunda danışan Səudiyyə Ərəbistanın Neft Naziri Ali al-Naimi qiymətlərin düşməsinə səbəb kimiOPEC üzvü olmayan neft istehsalçılırı tərəfindən əməkdaşlığın olmamasını göstərib.

O deyib ki, “OPEC-dən kənar istehsalçılar anlamalıdır ki, qiymətin düşməməsi üçün əməkdaşlıq çox vacibdir”.

Nazir Şimali Amerikadakı şist qazı və neft istehsalçılarına aydın işarə edib ki, “onlarbaha başa gələn bu istehsallarını artıra bilməyəcəklər”.

Al-Naimi neftin qiymətinin düşməyinə digər səbəblər kimi bazarda möhtəkirləri və yanlış informasiyaları göstərib.

Nazir Səudiyyə Ərəbistanının siyasi oyunlara gedib neftin qiymətini qəsdən salmasını isə qətiyyətlə inkar edir.

O deyib ki, “bəzi təhlillər və məqalələr Səudiuyyə Ərəbistanının bu və ya başqa ölkəyə qarşı neftin qiymətini salmaq üçün siyasi oyuna getdiyini iddia edir. Bu, əsassızdır”.

Mediada səslənən ehtimallarda neftin qiymətinin aşağı salınmasının Rusiyaya və İrana qarşı oyun olduğu və Səudiyyənin buna dəstək verdiyi iddia olunur.

Al-Naimi deyib ki, Səudiyyə Krallığının siyasəti sırf iqtisadiyyata əsaslanır.

Onun sözlərinə görə, neftin qiymətinin düşməsi ərəb ölkələrtinin özlərinə də ziyandır.

Neftin qiyməti iyundan bəri 50 faiz düşüb.

XS
SM
MD
LG