Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyul, Cümə, Bakı vaxtı 23:56

Azərbaycan nefti 60 dollardan satılır


Foto: Arxiv

-

Dekabrın 18-də London birjasında «Azerilight» markalı neftin bir bareli 0.8 dollar daha ucuz – 60.69 dollardan satılıb.

Dünya bazarında neftin qiyməti avqustdan ucuzlaşmağa başlayıb. İyulda 115 dollara satılan neft 5 aydan sonra 60 dollara qədər düşüb.

Nyu-York birjasında «Layt» markalı neftin bir barelinin qiyməti 2.36 dollar düşərək 54.11 dollar, London birjasında isə «Brent» markalı neftin bir barelinin qiyməti 2.13 dollar azalaraq 59.27 dollar təşkil edib.

Azərbaycan nefti adətən «Brent» markalı neftdən 1-2 dollar daha baha satılır.

XS
SM
MD
LG