Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:32

-

Dekabrın 18-də Azərbaycan Xalça Muzeyində “Kəlağayım-əlvan örpəyim” adlı sərgi açılacaq.

Sərgidə muzeyin “Parça, tikmə, geyim” kolleksiyasından XIX əsrə aid kəlağayılar, “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin, İsmayıllı rayonunun Basqal qəsəbəsindən Rəna İbrahimbəyovanın, rəssam Hüseyn Həsənovun kəlağayılarından ibarət “Yol” adlı kompozisiyası və eləcə də gənc dizayner Mənzər Hacıyevanın yartdığı kəlağayılar nümayiş olunacaq.

Sərgi Bakıda Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının 20 illiyi və TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiyalarının beşinci görüşü keçirildiyi gündə açılacaq.

Bu il noyabrın 26-da UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarasi Komitəsinin 9-cu iclasında Azərbaycanın qədim və zəngin xalq sənətkarlığının daha bir nümunəsi - kəlağayı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

XS
SM
MD
LG