«Türkiyəli» jurnalist Məmmədov Kirov şəhərindən çıxdı və Vyatka kvası haqda soruşdu
Jurnalisti görən Putin maraqlandı ki, deyəsən, yaxşıca vurmusan.
Bank faizlərinin kəskin artmasının İpoteka borcu olanlara təsiri
Mərkəzi bankın faiz dərəcəsini yüksəltmək qərarı Putinin fikrincə, düzgün addım idi və Rusiyada makroiqtisadiyyatın sabitləşməsində yönəlib. Bundan zərə çəkən sosial qruplara dövlət yardım edəcək. Kiçik biznes üçün kreditlər sərfəli faizlə verilir.
Suala cavabı Putin belə yekunlaşdırdı:
- Mənim dostum var, soruşur məndən kimisə sevirsən? Deyirəm, sevirəm...Soruşur, bəs səni sevirlər? Deyirəm, məncə sevirlər. Elə isə hər şey qaydasındadır, deyib əlindəki badəni başına çəkdi.
Qazax jurnalist Avrasiya Birliyini, ümümi bazarın ümumi böhrana çevrilmək təhlükəsini soruşur. #Putin sakitləşdirir, böhrandan çıxacağıq
— AzadliqRadiosu (@RadioAzadliq) 18.12.2014
BBC-nin soyuq müharibə haqda sualına cavab
- Qərb ölkələrin səmasında Rusiya hərbi təyyarələri peyda olub. Soyuq müharibə vaxtı kimi. İndi də iqtisadi böhranla üzləşirsiz. Qərbə deyə bilərsizmi ki, Ukraynaya iddianız yoxdur?
- Suala görə təşəkkürlər. Rusiya getdikcə daha ciddi müdafiə olunur. Bizim Qərb tərəfdaşlarımız bundan qıcıqlanır. Bax, Siz strateji aviasiyanın uçuşlarından danışırsız. 90-cı illərdə biz belə uçuşlara tamamilə son qoyduq. Amma amerika aviasiyası necə uçurdu, elə də uçurlar. Niyə? Biz də bir-neçə ildir belə uçuşları bərpa etdik. Bizim cəmi 2 xarici hərbi bazamız var, Tacikistanda və Qırğızıstanda - hər 2-si terror mərkəzləri yaxınlığında. ABŞ-ın isə Avropa da daxil olmaqla çoxlu hərbi bazaları var. Belə olan halda kimdir, özünü aqressiv aparan, biz yoxsa ABŞ? Raketdən müdafiə sistemləri haqda razılaşmanı kim pozub? ABŞ. Biz onlara bu sistemlərin genişlənməsini irad tutanda, deyirlər ki, öz işinlə məşğul olun. Biz hamı ilə əməkdaşlığa hazırıq, amma milli maraqlarımızın təmin olunması şərtilə.