Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 05:20

Dərsə gecikdi, ölümdən qurtardı


Peşəvərdə qətliam qurbanları dəfn edilir
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Peşəvərdə qətliam qurbanları dəfn edilir

-

«Taliban» terrorçuları bütün 9-cu sinif şagirdlərini qırıblar. 15-yaşlı gəncdən başqa.

Dawood dekabrın 16-da dərsə gecikib. Həmin gün onun məktəbinə hücum edən talibançılar Dawood-un bütün sinif yoldaşlarını qətlə yetiriblər, 9-cu sinfə gedən uşaqlardan sağ qalan yeganə şagird odur.

Dawood-un qardaşı ilə söhbətində «Express Tribune» onun məktəbdən qalmasının səbəbini soruşub. Məlum olub ki, bir gün əvvəl toyda idilər, evə gec gəliblər, ona görə də səhər yatıb qalıb.

Faciədən sarsıntı keçirən 15 yaşlı gənc hazırda heç kimlə danışmır. Qardaşı deyir ki, güclü oğlandır, cüdo ilə məşğul olur. Lakin indi heç bir hiss göstərmir, sinif yoldaşlarının yasına gedir və hey susur.

Pakistanın Peşəvər şəhərindəki orta məktəbdə baş verən qətliamda 144 nəfər həlak olub. Onların, demək olar ki, hamısı məktəb şagirdləridir. Bu uşaqların valideynləri əsasən Pakistan ordusunun zabitləri olub. Terrorçular qanlı hücumun «Taliban»a qarşı hərbi əməliyyatlar keçirən Pakistan ordusundan intiqam olduğunu bəyan ediblər.

XS
SM
MD
LG