Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 22:21

Mübariz Qurbanlı erkən evlilikdə bağlanan kəbinlərdən danışıb


Mübariz Qurbanlı


Dekabrın 17-də Bakıda keçirilən “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” adlı konfransda Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, son vaxtlar İslam qaydalarına zidd kəbin kəsənlərin sayı artıb.

Apa-nın xəbərinə görə, komitə sədri xüsusən erkən evliliklərdə tərəflərdən birinin iştirakı olmadan kəbinlər kəsildiyini deyib:

“Bu kəbini kəsən axund və ya imam nə etdiyini bilirmi? Kəbin kəsiləndə hər iki tərəf iştirak etməlidir və bu, İslam dininin çox konkret tələblərindən biridir. Əgər onlardan biri iştirak etmirsə bu, kəbin deyil, haramdır”.

XS
SM
MD
LG