Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:10

İran əfqan imiqrantlarının pulsuz təhsilinə razılıq verib


Bəzi qeyri-leqal əfqan mühacirlərin uşaqları qeyri dövlət məktəblərində oxuyur

İran qeyri-leqal əfqan mühacirlərin uşaqlarına ölkənin orta məktəblərində və universitetlərində təhsil almağına razılaşıb.

Əfqanıstanın yüksək vəzifəli məmuru Haji Muhammad Mohaqiq AzadlıqRadiosuna müsahibəsində İrana səfəri zamanı bu məsələni də müzakirə etdiyini deyib.

Mohaqiq-in sözlərinə görə, İrandakı hələ də qanuni yaşayış icazəsi ala bilməyən əfqan imiqrantlarının pulsuz təhsillə təminatı üçün yerli rəsmilərlə razılaşma əldə edib. Mohaqiq bildirib ki, İranda yaşayış icazəsi olan əfqan imiqrantların da yaşayış icazəsinin uzadılmasını razılaşdırıb.

Mohaqiq 1 milyondan çox əfqanın İranda qeyri-leqal yaşadığını bildirib. 1 milyona yaxın əfqan da bu ölkədə qanuni yollarla məskunlaşıb.

XS
SM
MD
LG