Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:30

“Aramızda olan sövdələşmələrə və danışıqlara əsasən Azərbaycandan Türkiyəyə verilən təbii qazın qiymətinin aşağı salınması hər an baş verə bilər”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir bildirib ki, hazırda Türkiyənin Azərbaycandan qiymət endirimi tələbinin olub-olmaması barədə məlumatı yoxdur. Lakin o qeyd edib ki, Azərbaycan beynəlxalq qiymətləri və iki ölkə arasındakı danışıqları nəzərə alaraq Türkiyəyə verilən qazın qiymətinə hər zaman yenidən baxa bilər.

XS
SM
MD
LG