Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Baş Ofisi 10 dekabr 2014-cü il tarixli qərarı ilə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycandakı Nümayəndəliyini ləğv edib. ACİYF-nin Azərbaycan Nümayəndəliyinin ləğv edilməsi ilə bağlı ləğvetmə işlərinə başlanıb. Ləğvetmə işlərini aparmaq ACİYF-nin etibarnamə əsasında nümayəndəsi vəkil Elçin Sadıqova həvalə edilib.
ACİYF bildirir ki, Azərbaycan həmişə ACİYF üçün dost ölkə olub. ACİYF Azərbaycanda təhsilin, medianın və hüququn aliliyinin təmini üçün çalışıb. ACİYF-nin məqsədi Azərbaycan dövlətinin və cəmiyyətinin rifahı olub. Bu məqsədlə müxtəlif dövlət qurumları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edib.
ACİYF Azərbaycan Nümayəndəliyinin işçiləri və ofisi yoxdur, ofis boşaldılıb.
Ümid edirik ki, son günlər mətbuatda ACİYF-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağlı əsassız fikirlər və məlumatlar ciddi qəbul edilməyəcək, başladılan proseslər hüququn aliliyi çərçivəsində həll ediləcək.