Moskva Ukraynanın şərqində münaqişəyə son qoyulması ilə bağlı bu həftə növbəti danışıqlar aparılmasına qəti dəstək bildirib.
Ukrayna prezidenti Petro Poroshenko dekabrın 9-da Minskdə növbəti danışıqlar aparılması ilə bağlı ilkin razılaşma əldə olunduğunu deyir.
Kremlin xarici siyasət məsələləri üzrə rəsmisi Yury Ushakov görüşün bu həftə baş tutacağına ümidlə yanaşdığını bildirib. Amma o konkret tarix göstərməyib.
Poroshenko ümid edir ki, yeni danışıqlar sentyabrın 5-də Minskdə əldə olunmuş atəşkəs sazişinin işləməsinə aparacaq.