Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 08:27

Rusiya Mərkəzi Bankı bir gündə 700 milyon dollar satıb


Dekabrın 3-də Rusiya Mərkəzi Bankı bildirib ki,dekabrın 1-də birjada 700 milyon dollar sataraq rubl alıb.

Həmin gün Moskvada birjada rubl 6 faiz düşmüşdü.

Dekabrın 3-də rubl yeni rekord vuraraq ən aşağı həddə düşüb, ancaq bundan sonra onun qiyməti azacıq qalxıb.

Qiyməti qaldıran Mərkəzi Bankın yeni müdaxiləsi haqda ehtimallardır. Rublu ən aşağı həddə düşəndən sonra 1,2 faiz qalxaraq 1 dollara 53,2 rubl həddinə çatıb.

Bu il Rusiya rublu öz dəyərinin 40 faizini itirib.

XS
SM
MD
LG