Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 07:07

Bakıda "Təbrizin sehrli nağılları" çap olundu


-

Bakıda çap edilmiş "Təbrizin sehrli nağılları" kitabı dünya sənət tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsi sayılan Azərbaycan miniatür sənətinə həsr olunub.

Kitab "Paşa Həyat Sığorta" və BP şirkətlərinin dəstəyi ilə nəşr edilib.

Dekabrın 5-də saat 17.00-də "Hilton Baku" Otelində kitabın təqdimat mərasımı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, nazir Əbülfəs Qarayev də təqdimat mərasiminə qatılacaq.

Bu, 2013-cü ildən başlayan və “İrs” silsiləsindən həyata keçirilən layihənin yeni kitabıdır.

Layihənin iki kitabı "Qədim Qalanın Yuxuları" və "Qobustan - minilliklər kitabı" adlı nəşrlər artıq işıq üzü görüb.

Kitablar UNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmiş Bakının qədim hissəsi - "İcərəşəhər" və Azərbaycanın qayaüstü təsvirlərinə həsr edilib.

XS
SM
MD
LG